Yürüş edən Baqrat və komandasının geyimi… – Video

Yürüş edən Baqrat və komandasının geyimi… – Video

Paşinyan hakimiyyətinin qatı müxaliflərindən olan arxiyepiskop Baqrat Qalstanyanın başlatdığı və erməni mediasının aktiv şəkildə dəstək verdiyi, hər addımlarını xəbərə çevirdiyi yürüş iştirakçıları artıq Göyçəyə çatıblar. Hədəfləri regionlardan tərəfdarlar toplayaraq, onları İrəvana gətirmək və Paşinyana təzyiq etmək, mümkün istefasına nail olmaqdır.

AzerTimes xəbər verir ki, yürüşün arxiyepiskopun qəfil təşəbbüsü ilə başladığı iddia edilsə də, bunun xüsusi təşkil edildiyi görünür. Aktiv şəkildə bayraq yelləyən və bunu “şənliyə çevirib”, diqqət cəlb etməyə çalışanları isə hava ifşa etdi – hamısının əynində eyni plaşlar peyda oldu.

Plaşlara diqqət edincə, onların hamısının təzə olduğu, bir mərkəzdən göndərildiyini aşkarlamaq çətin deyil. Gənclərdən bəzilərinin isə hətta digər geyimləri də oxşardır.

Yürüş maliyələşdirilir və iştirakçıların vaxtaşırı əvəzlənməsi, eyni zamanda media nümayəndələrinin prosesi addım-addım işıqlandırmasının, tirajlamasının və bunu hadisəyə çevirməsinin qeydinə qalanlar var.

İdeya yeni deyil – bütün bunlar Qərb texnologiyasıdır ki, 2018-ci ildə Nikol Paşinyan və tərəfdarları tətbiq etmişdi. Regiondan yürüşə başlamaq da, İrəvanda küçələri bağlayıb, nəqliyyatın hərəkətini iflic etmək də Paşinyana aiddir.

İrəvanda eyni üsul tətbiq edildi, ancaq iştirakçıların azlığı, xüsusilə Qarabağ klanının bu aksiyalarda aktivliyi səbəbindən nəticə əldə edilmədi. Çünki ermənilər Sərkisyan və Köçəryan qruplaşmasının yenidən hakimiyyətə qayıtmasını istəmədiyindən, onlara dəstək vermir.

Buna görə də Paşinyanın digər üsulunu – regiondan paytaxta yürüşü artıq kilsə başladıb. Bu gün Baqratın açıqlamasında “Kilsə rəhbərliyinin iradəsindən kənar addım atmırıq” sözləri də prosesin önünə kilsənin verildiyini təsdiqlədi.

Bəs, erməni kilsəsinin arxasında duran güc kimdir? Maliyələşməni kim həyata keçirir?

İnformasiya dəstəyində aktiv rolu Rusiyaya bağlı media və yaxud ruspərəstlərin xəbər saytları oynayır…

Teqlər: