SSRİ-nin sevilən aktyoru Yuri Nikulin ölümündən 26 il sonra ekrana qayıdır.
AzerTimes xəbər verir ki, bu barədə Yuri Nikulin “Manyunya: Moskvada sərgüzəştlər” komediyasında əsas personajdır.
Andreasyanın sözlərinə görə, süni intellekt vasitəsilə Nikulinlə səhnələr yaratmaq təxminən səkkiz aya yaxın vaxt aparıb. Eyni zamanda, süni intellekt təkcə Yuri Vladimiroviçin xarici görünüşünü deyil, həm də səsini, üz ifadələrini, yerişini və hərəkətlərini yaradıb.
Qeyd edək ki, filmin rejissoru Denis Qulyar, prodüserləri Sarik və Qevond Andreasyan qardaşlarıdır. Onlar film üçün SSRİ xalq artistinin ən yaxın qohumlarından icazə alıb və süni intellektdən istifadə edərək Yuri Vladimiroviçlə səhnələr yaradıblar.
1997-ci ildə 75 yaşında dünyasını dəyişən Yuri Nikulin filmin qəhrəmanlarından biri olacaq. O, bu il mayın 30-da kinoteatrlarda nümayiş etdiriləcək.