Yuri Kim İrəvana gəlir

Yuri Kim İrəvana gəlir

ABŞ administrasiyasının yüksək rütbəli rəsmiləri bu gün Ermənistana gələcək.

AzerTimes xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda gələn şəxslərin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim və USAID-in ( ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbəri Samanta Pauer olduğu bildirilib.

Qeyd edək ki, Yuri Kim ABŞ Senatında keçirilən dinləmələrdən sonra Azərbaycana qarşı bəyanatları ilə gündəmə gəlmişdi.

Teqlər: