Yuran azərbaycanlı iş adamını tənqid etdi

Yuran azərbaycanlı iş adamını tənqid etdi

“Simurq” futbol klubunun sabiq baş məşqçisi Sergey Yuran Rusiyanın “Ximki” klubunun səhmdarı Tufan Sadıqovu tənqid edib.

AzerTimes Report-a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis azərbaycanlı iş adamını məşqçilər heyətinin işinə müdaxilə etməkdə günahlandırıb.

O bildirib ki, Sadıqovla futbol məsələlərində dil tapmaq çox çətindir:

“O, özünü futbolun ən yaxşısı hesab edir. Amma hansı oyunçuların lazım olub-olmadığına baş məşqçi deyil, investor qərar verməyə başlayırsa, bu, sizi uğursuzluğa aparan yoldur”.

Qeyd edək ki, Sergey Yuran 2011/2012 mövsümündə “Simurq”a rəhbərlik edib.

Teqlər: