Terrorla mübarizə məsələsində Yunanıstanla fikir birliyimiz getdikcə güclənir. Bölgəmizin gələcəyində terror təşkilatlarına yer olmadığı ilə bağlı həmfikirik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə birgə mətbuat konfransında deyib.
“Əlaqələrimizdəki müsbət atmosferin Yunanıstandakı soydaşlarımızın hüquqlarının təmin olunmasına töhfə verəcəyini gözləyirik”, – Ərdoğan qeyd edib.