Yunanıstanın müdafiə naziri Nikos Dendias gələn həftə Ermənistana səfər edəcək.
AzerTimes xəbər verir ki, o, Ermənistan səfiri Tiqran Mkrtçyanla görüşdən sonra X sosial şəbəkəsindəki səhifəsində bu barədə məlumat verib.
“Bu gün mən Ermənistana gözlənilən səfərimlə əlaqədar Ermənistanın səfiri Tiqran Mkrtçyanı səmimi şəraitdə qəbul etdim”, – Dendias yazıb.