Xəbər - Ləman Zeynalova – Trend:
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) istismara verilməsi COVID-19 pandemiyası ilə əlaqədar avadanlıq və material tədarükündə yaranan fasilələrə görə bir neçə ay ləngiyəcək.
Trend-in məlumatına görə, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bolqarıstanlı həmkarı Kirill Petkovla görüşü zamanı deyib.
“Biz Yunanıstan-Bolqarıstan interkonnektoru layihəsinin reallaşdırılması prosesini müzakirə etdik. Layihə həm Bolqarıstan, həm də Yunanıstan üçün strateji əhəmiyyət daşıyır və hər iki ölkə tikintini mümkün qədər tez başa çatdırmaqla bağlı razılığa gəlib”, – deyə K.Mitsotakis
Qeyd edək ki, Azərbaycan və Bolqarıstan 2021-ci ildən başlayaraq Yunanıstan-Bolqarıstan interkonnektoru ilə ildə 1 milyard kubmetr həcmində tədarüklə bağlı müqavilə imzalayıb. Amma interkonnektorun tikintisi başa çatmadığına görə Azərbaycan qazı Bolqarıstana Kulata-Siderokastro interkonnektoru ilə çatdırılır. Bu ilin doqquz ayı ərzində Bolqarıstan Azərbaycandan 225 milyon kubmetr qaz əldə edib
IGB layihəsi “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)