Rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu matça son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.
O bildirib ki, komandada son günlərdə yorğunluq hiss olunur:
“Futbolçuların özlərinə gələcəklərinə və sabahkı görüşə tam hazır olacaqlarına inanıram. Yunanıstandakı hesab bizi aldatmalı deyil. Orada səhvlərimiz də çox olub. Matça sonradan baxanda buna əmin oldum”.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.