Yunanıstanda yanğın səbəbiylə dörd yaşayış məntəqəsinin sakinləri təxliyə edilib

Peloponnes yarımadasının Ziria bölgəsində güclü meşə yanğınları səbəbindən dörd yaşayış məntəqəsi, uşaq düşərgəsi və bir otelin sakinləri təxliyə edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə yerli ERT1 telekanalı xəbər yayıb.

Məlumata əsasən, təxliyyə edilən Ziria, Kamares, Lampiri və Lonqos yaşayış məntəqələrinin sakinləridir.

Yanğını söndürmək üçün 95 yanğınsöndürən maşın, 4 yanğşnsöndürən piyada qrupu, 4 təyyarə və vertolyotlar cəlb edilib.

Teqlər: