Yunanıstanda seçkilər: Miçotakisin partiyası liderdir

Yunanıstanda seçkilər: Miçotakisin partiyası liderdir

Yunanıstanda keçirilən parlament seçkilərində ekzit-poll nəticələri göstərir ki, Baş nazir Kiriakos Miçotakisin mühafizəkar partiyası liderdir, lakin hökuməti dərhal formalaşdırmaq üçün parlamentdə kifayət qədər yer qazana bilməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press”in məlumatında deyilir.

Rəsmi nəticələr təsdiqlənərsə, Miçotakis 300 yerlik parlamentdə çoxluğu təmin etmək üçün koalisiya tərəfdaşları axtarmalı olacaq. Əgər koalisiya danışıqları nəticə verməsə, iyunun sonu və ya iyulun əvvəlində təkrar seçkilər keçirilə bilər.

Bundan əlavə, ekzit-poll nəticələrinə görə, Miçotakisin əsas rəqibi, ölkənin keçmiş baş naziri, 48 yaşlı Aleksis Çipras və onun solçu partiyası “Siriza” ikinci yerdədir. Rəy sorğuları Miçotakisin Yeni Demokratiya Partiyasının 121-125 yer, “Siriza”nın isə 86-89 yer qazanacağını, ümumilikdə 6-7 partiyanın 3%-lik səs baryerini keçərək parlamentə daxil olacağını proqnozlaşdırıb.

Teqlər: