Yunanıstanda qayığın batması nəticəsində azı 16 miqrant ölüb

Yunanıstanın Egey dənizinin mərkəzindəki Paros adasında qayığın batması nəticəsində azı 16 nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə ölkənin sahil mühafizəsi məlumat yayıb.

Qeyd olunur ki, gecə ərzində Parosun şimal-qərbində havadan və dənizdə axtarış-xilasetmə əməliyyatı keçirilib, əraziyə mqvafiq quvvələr cəlb olunub.


Qayıqda 80 nəfərin olduğu güman edilir. Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır.

Yunanıstanın gəmiçilik naziri Giannis Plakiotakis deyib ki, fəlakətlərə görə insan alveri ilə məşğul olan qruplar məsuliyyət daşıyır.