Yunanıstanda dəmiryol qəzasında ölənlərin sayı 57-yə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə ERT məlumat yayıb.
“Hazırda 56 nəfərin şəxsiyyəti müəyyən edilməyib”, – deyə bildirilib.
Qeyd edək ki, ötən gün Yunanıstanın Larisa şəhəri yaxınlığında yük qatarı ilə sərnişin qatarı vağzal rəisinin səhvi nəticəsində toqquşub.