Yunanıstanda minlərlə insan küçələrə axışdı

Yunanıstanda minlərlə insan küçələrə axışdı

Yunanıstanın Tempe şəhərində 57 nəfərin həyatına son qoyan qatar qəzası ilə əlaqədar nümayişlər keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə “Kathimerini” məlumat yayıb.

Yunanıstan polisinin məlumatına görə, Afinanın mərkəzində 20 mindən çox insan etiraz aksiyası keçirib. Nümayişçilər parlament binası qarşısına toplaşmaq üçün mərkəzi küçələrdən keçiblər. Nümayişçilərin əsas tələbi Tempedəki faciəni gizlətməmək, günahkarların məsuliyyətə cəlb edilməsi və lazımi təhlükəsizlik tədbirlərinin görülməsi olub.

Teqlər: