Yunanıstan polisi meşələrin qəsdən yandırılmasına və ya səhlənkarlığa görə meşə yanğınlarında şübhəli bilinən 118 nəfəri saxlayıb, son nəticədə onlardan 18-i həbs edilib.
AzerTimes-ın məlumatına görə, avqustun 4-dən 11-dək bütün ölkə üzrə meşələrin qəsdən yandırılması və ya səhlənkarlıq səbəbindən baş verən yanğınlarda şübhəli bilinən 118 nəfəri saxlanılıb, 18 nəfərin həbsi ilə bağlı müvafiq sənədlər tərtib edilib.
Bildirilir ki, yanğınları törətməkdə şübhəli bilinənlər 15-78 yaşlarındadır.