Xəbər - Orxan Nəbiyev – Trend:
Yunanıstanın Krit adasında Rixter cədvəli ilə 6,5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, zəlzələnin episentri İraklion şəhərindən 20 kilometr məsafədə, yerin 2 kilometr dərinliyində qeyd alınıb.
Hadisə nəticəsində bir nəfər həlak olub, daha 9 nəfərin isə xəsarət aldığı deyilir.
Qeyd olunub ki, birinci təkandan sonra 3,6 bal, 3,7 bal və 4,3 bal gücündə ard-arda üç təkan qeydə alınıb.