Yunanıstanda güclü zəlzələ olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Yunanıstanın mərkəzində, Fessaliya rayonunda 6,9 bal gücündə zəlzələ olub.

AzerTimes-ın məlumatına görə, zəlzələnin episentri Larisa şəhərindən 29 killometr məsafədə, yerin 2 kilometr dərinliyində qeydə alınıb.

Yeraltı təkanlar paytaxt Afinada, Salonikidə və digər şəhərlərdə hiss olunub.


Zəlzələdən sonra bir neçə afterşok da qeydə alınıb.

Hadisə ilə bağlı hər hansı bir itki və ya fəsad barədə məlumat verilməyib.