Yunanıstanda 12 min insan parlament önünə axışdı

Yunanıstanda 12 min insan parlament önünə axışdı

Yunanıstanın paytaxtı Afinada etiraz aksiyası keçirilib.

AzerTimes xəbər verir ki, aksiya keçirənlər ölkədə baş verən qatar qəzasından məsuliyyət daşıyanların sərt şəkildə cəzalandırılmasını tələb edirlər.

Aksiya zamanı parlament binasının önündə polislə toqquşma olub. Məlumata görə, aksiyada 12 minə yaxın insan iştirak edir.

Qeyd edək ki, Larisa şəhəri yaxınlığında baş verən qatar qəzasında 57 nəfər ölüb.

Teqlər: