Yunanıstan Ukraynaya “Leopard” verməyəcək

Yunanıstan Ukraynaya “Leopard” verməyəcək

Yunanıstan Ukraynaya “Leopard 2” tankları verməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Yunanıstan Baş naziri Kiriakos Miçotakis deyib.

“Biz Ukraynaya, piyadaların döyüş maşını da daxil olmaqla, hərbi dəstək göstərmişik. Lakin “Leopard 2” tankları verməyəcəyik. Ona görə ki, sadəcə onlar bizim müdafiə strategiyamız üçün olduqca vacibdir. Ukraynanı dəstəkləmək istəyirik, amma müdafiə imkanlarımız hesabına deyil”, – deyə baş nazir bildirib.

Teqlər: