Yunanıstan Türkiyə sərhədinə hasar çəkir

Yunanıstan Türkiyə sərhədinə hasar çəkir

Yunanıstan hakimiyyəti qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısını almaq üçün Türkiyə sərhədinə yaxın Yenibosna kəndində müvəqqəti metal hasar çəkməyə qərar verib.

AzerTimes xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, son günlər ölkəyə daxil olan qeyri-qanuni miqrantların sayının artdığı iddialarından sonra Baş Qərargah rəisi Konstantinos Florosun Türkiyə sərhədində müvəqqəti hasar çəkilməsi barədə əmr verib.

Bildirilib ki, müvəqqəti hasar 100 metr uzunluğunda olacaq.

Teqlər: