Aralıq dənizinin Yunanıstan sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri 168 min sakini olan Patra şəhərindən 90 kilometr qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.