Xəbər - Orxan Nəbiyev – Trend:
İon dənizində, Yunanıstanın Korfu adası yaxınlığında içərisində
237 sərnişinin olduğu kruiz laynerində yanğın baş verib.
Trend-in
məlumatına görə. bu barədə Yunanıstanın liman polisi bildirib.
Qeyd olunur ki, gəmi İtaliya bayrağı altında üzür. Gəmidə,
həmçinin 51 heyət üzvü olub.
Məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bütün sərnişinlər və heyət üzvləri xilasedici qayıqlara təxliyə
olunub.
Hazırdan yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.