Yunanıstan sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Florina şəhərindən 5 kilometr şimal-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.