Yunanıstan sahilləri yaxınlığında 5,1 bal gücündə zəlzələ olub

Yunanıstan sahillərin yaxınlığındə Egey dənizində şənbə günü 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Kos şəhərində 68,3 cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.


Ölənlər, dağıntılar və sunami təhlükəsi ilə bağlı məlumat verilməyib.