Türkiyə xilasediciləri tərəfindən Egey dənizində 50 qeyri-qanuni miqrant xilas edilib.
AzerTimes Tükiyə mediasına istinadən xəbər verir ki, Somali, Eritreya və Yəməndən olan miqrantların olduğu qayıq Yunanıstan tərəfindən Türkiyənin ərazi sularına qovulub. Müvafiq məlumat daxil olduqdan sonra Türkiyə sahil mühafizəsinin qayığı miqrantların yanına göndərilib.
Miqrantlar xilas edilərək sahilə çıxarılıb.
Müvafiq prosedurlardan keçdikdən sonra bütün qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə aparılıb.