Yunanıstan öz həbçilərini Türkiyəyə görə cəzalandırdı

Yunanıstan öz həbçilərini Türkiyəyə görə cəzalandırdı

Yunanıstanda keçirilən Müstəqillik Günü paradı zamanı bu ölkənin Hərbi Dəniz Qüvvələri məktəbinin bir qrup üzvü Türkiyənin ünvanına təhqiramiz ifadə səsləndirdiyi üçün cəzalandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, paradda yunan hərbçilər “Kipr yunanındır” şüarı səsləndirib və Türkiyəyə qarşı təhqiramiz ifadələr işlədib. Hadisə sosial şəbəkələrdə ictimai qınağa səbəb olub və Ankara buna rəsmi şəkildə sərt reaksiya verib.

Məsələni araşdıracağını vəd edən Yunanıstan hadisədə iştirak edən şəxslərdən bəzilərinə 20 günə qədər həbs, digərlərinə isə müxtəlif intizam cəzaları təyin edib.

Teqlər: