Yunanıstan müdafiə naziri Nikos Dendias Türkiyəyə səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər məlumat verib.
“Qarşılıqlı hörmət çərçivəsində təlimlər və hərbi fəaliyyətlər keçirəcəyik. Fevral-mart ayları arasında zəlzələ zonasında birlikdə araşdırmalar aparacağıq”, – nazir bildirib.