Yunanıstan müdafiə naziri Nikos Panagiotopoulos türkiyəli həmkarı Hulusi Akarın dəvəti ilə Türkiyəyə səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, nazirin səfəri aprelin 4-də baş tutacaq.
O, zəlzələdən zərər çəkən Hatay vilayətini ziyarət edəcək.