Yunanıstan miqrantları qəsdən öldürüb?

Yunanıstan miqrantları qəsdən öldürüb?

Yunanıstan sahil mühafizəsi hərbçiləri immiqrantları bilə-bilə suya atıb öldürüb?

AzerTimes Teleqraf.com-a istinadən xəbər verir ki, belə bir iddia BBC-nin hazırladığı “Ölü sakitlik: Aralıq dənizində qətllər?” sənədli filmində səsləndirilib.

Belə ki, sənədli filmdə 2020-ci ilin mayından 2023-cü ilin mayına qədər rast gəlinən 15 hadisədə 43 immiqrantın həyatını itirdiyi bildirilib.

Bundan başqa çox sayda immiqrantın ölümündə Yunanıstanın sahil mühafizəsinin məsuliyyət daşıdığı və onlardan 9-nun qəsdən dənizə atılaraq ölümə tərk edildiyi iddia olunub. Ümumilikdə sənədli filmdə Yunanıstan sahil mühafizəsinin immiqrantları ya dənizdən xilas etməməsi, ya da sahilə çatanları yenidən dənizə atması nəticəsində 3 ildə 40-dan çox insanın ölümünə səbəb olduğu deyilir.

Bu iddiaları Yunanıstan sahil mühafizəsi rədd edib. Yunanıstanın Dəniz və Ada Siyasətləri Nazirliyi görüntülərin ölkənin müstəqil Milli Şəffaflıq Təşkilatı tərəfindən araşdırıldığını təsdiqləyib.

Teqlər: