Yunanıstan hakimiyyəti köhnəlmiş silahların Ukraynaya təhvil verilməsini təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə “Kathimerini” nəşri yazıb.
Məlumata görə, Yunanıstanın Müdafiə Nazirliyi artıq ordunun istifadə etmədiyi köhnəlmiş silah sistemlərini Ukraynaya göndərəcək.
Hərbi yardım paketinin tərkibi açıqlanmayıb.
Qeyd edək ki, hazırda Yunanıstan ordusunun arsenalında “Tor”, “Osa”, S-300 və ZU-23-2 hava hücumundan müdafiə sistemləri var.