Türkiyə Yunanıstan tərəfindən ölkənin hava məkanını pozmasını
qətiyyətlə pisləyir.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin
mətbuat katibi Tanju Bilgiç bildirib.
T.Bilgiç qeyd edib ki, Yunanıstan Hərbi Hava Qüvvələri mayın
16-17-də Türkiyə hava məkanını pozub.
“Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri mayın
16-da Gökçeada adasından qərbdə və mayın 17-də Enez şəhərindən
qərbdə hava məkanımızı pozub. Hərbi Hava Qüvvələrimiz mayın 18-də
bu təxribat xarakterli pozuntulara qarşılıqlı fəaliyyət qaydalarına
uyğun olaraq lazımi cavabı verib”, – deyə Türkiyə mətbuat katibi
bildirib.