Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-lar Yunanıstanın qeyri-hərbi statusa malik Egey adalarına zirehli texnikaları yerləşdirməsini qeydə alıb.
AzerTimes xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
“Desant gəmiləri ABŞ-ın Dədəağac limanına göndərdiyi hərbi texnikaları Lesbos və Sisam adalarına daşıyıblar. Lesbos adasına 23, Sisam adasına isə 18 ədəd zirehli texnika çıxarılıb”, – məlumatda qeyd olunub.