Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) tam gücünə 2023-cü ildə çatacaq.
AzerTimes bu barədə ICGB AD layihə şirkətinə istinadən məlumat verir.
Məlumata əsasən, layihə gələcəkdə ABŞ, İsrail, Qətər və digər ölkələrdən treyderləri cəlb edə bilər: “Layihənin maksimum gücə çatmaq üzrə tam potensialını 2023-cü ildə əldə edəcək, həmin il Aleksandrupolisdə mayeləşdirilmiş təbii qaz terminalı hazır olacaq”.
Bundan başqa, yaxın zamanlarda IGB-nin tikintisi ilə bağlı ən çətin prosedurun başlaması gözlənilir.
Belə ki, Maritsa çayının mənbəyinin və Studen Kladenets bəndinin altından qaz kəmərinin çəkilməsi planlaşdırılır.
Qeyd olunur ki, Maritsa çayının altında qazma üçün hazırlıq işləri başlayıb, boru kəmərinin döşənməsinə yayda başlanması planlaşdırılır.
(Tərcümə: Orxan Nəbiyev)