Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi çərçivəsində tikinti işləri 2021-ci ilin sonunda başa çatacaq, layihənin kommersiya istifadəsinə verilməsi isə 2022-ci ilin ikinci yarısına nəzərdə tutulub.
IGB Yunanıstanın və Bolqarıstanın milli qaz-nəqliyyat sistemlərini birləşdirəcək. Boru kəmərinin planlaşdırılan uzunluğu 182 kilometr, buraxılış gücü iki istiqamətdə ildə 3 milyard kubmetr təşkil edir.
Bazar marağından və ölkələrin qaz-nəqliyyat sistemlərinin gücündən asılı olaraq, layihənin buraxılış gücü 5 milyard kubmetrədək artırıla bilər.
(Tərcümə: Orxan Nəbiyev)