Yunanıstan Azərbaycana yeni səfir təyin edib.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov Tvitter hesabında bildirib.
“Bakıda çalışacaq yunanıstanlı həmkarım, səfir cənab Kristos Kapodistriasa can sağlığı və Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələrinin inkişafında uğurlar arzulayıram!”, – o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos olub.