Yunanıstan ABŞ-a “Lockheed Martin” istehsalı 20 ədəd F-35 qırıcı təyyarəsinin alınması üçün rəsmi sorğu göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Yunanıstan Baş naziri Kiriakos Miçotakis deyib.
Mitsotakis bildirib ki, Yunanıstan ikinci qrup təyyarələr almağı düşünür:
“Niyyətimiz F-35-lərdən ibarət ikinci eskadron almaqdır. Məktubun göndərilməsi bu prosesin bir hissəsidir”
O bildirib ki, hökumət təyyarələrin tədarükünün 2027-2028-ci illərdə başlanacağını gözləyir.