Yunanıstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb Yunanıstanın Midilli və Saqqız adalarına ABŞ-ın zirehli texnikasını yerləşdirməsi olub.
Afinadan təxribat xarakterli hərəkətlərə son qoymaq tələb olunub.