Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa üçüncüsü olub

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa
çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki,
qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif
Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan müvafiq millimiz
uğurlu nəticəyə imza atıb. Belə ki, məsul yarışda mübarizə aparan 6
güləşçimizdən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və
Xasay Həsənli (77 kq) Plovdivdə himnimizi səsləndirib. Ziya Babaşov
(63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq)
isə üçüncü yeri tutub.

Beləliklə, Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medal
qazanan yığmamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub.
Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə
qərarlaşıb.

Teqlər: