Yunan-Roma güləşçimiz Rafiq Hüseynov “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Yunan-Roma güləşçimiz Rafiq Hüseynov “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

AzerTimes-ın məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya Olimpiya təsnifat turnirində 77 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz yarışa qələbə ilə başlayıb. İkiqat Avropa çempionumuz Hyenvu Kimə (Koreya Respublikası) qalib gələrək səkkizdəbir final mərhələsinə yüksəlib. Güləşçimizin növbəti rəqibi Qurpret Sinq (Hindistan) olub. Xalçadan qalib ayrılan təmsilçimiz dörddəbir finalda əlcəzairli Abd Elkrim Ouakalini üstələyərək yarımfinala adlayıb. Güləşçimiz növbəti görüşündə serbiyalı Viktor Nemesə qalib gələrək turnirin finalına yüksəlib və Olimpiadaya lisenziyanı təmin edib.


Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.

Teqlər: