Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Trend Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyinin son 3 günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Baş məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Rahim Həsənov (45 kq), Fəraim Musafayev (48 kq), Pərviz Dadaşov (51 kq), Fərid Baxışlı (55 kq), Fərid Xəlilov (60 kq), Kənan Abdullazadə (65 kq), Ruslan Nurullayev (71 kq), Cocu Səmədov (80 kq) və Cavidan Nuri (92 kq) yarışda ölkəmizi təmsil edəcək. İyunun 18-də 48, 55, 65, 80 və 110, iyunun 19-da isə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Püşkatma mərasimində yeniyetmə pəhləvanlarımızın ilk rəqibləri müəyyənləşib.
45 kq
1/4 final: Rahim Həsənov – Filip Çapka (Çexiya)
48 kq
1/4 Fəraim Mustafayev – Oliver Qrauen (Estoniya)
51 kq
1/8 final: Pərviz Dadaşov – Borislav Kirilov (Bolqarıstan)
55 kq
Təsnifat: Fərid Baxışlı – Yuhan Kristyuhan (Estoniya)
60 kq
Təsnifat: Fərid Xəlilov – Rati Xozrevanidze (Gürcüstan)
65 kq
Təsnifat: Kənan Abdullazadə – Nihat Kara (Türkiyə)
71 kq
Təsnifat: Ruslan Nurullayev – Tom Stoll (Almaniya)
80 kq
1/8 final: Cocu Səmədov – Maksim Masiukeviç (Belarus)
92 kq
1/8 final: Cavidan Nuri – Kriştian Kis (Macarıstan)