Yunan qırıcıları Livan təyyarəsini ələ keçirdi

Yunan qırıcıları Livan təyyarəsini ələ keçirdi

Yunanıstan qırıcıları Livana məxsus Airbus A321 sərnişin təyyarəsini ələ keçirib.

AzerTimes “İntelSkay” portalına istinadən xəbər verir ki, göyərtəsində 145 sərnişin olan təyyarə qaçırılması şübhəsi səbəbindən saxlanılıb.

Hadisə 10 avqustda baş versə də, yalnız bu gün məlum olub.

“Livan pilotu, “Middle East Eyrlayns” şirkətinin rəhbərinin oğlu Afina ilə rabitə əlaqəsi zamanı düzgün tezlikdən istifadə etməyib. O, cavab vermədikdə isə “Reneqat” siqnalı işə düşüb”, – deyə bildirilib.

Qeyd edək ki, “Reneqat kodu” siqnalı əsasən NATO-da təyyarə qaçırılan, yaxud hava gəmisinə bomba qoyulan zaman istifadə edilir.

Teqlər: