Yunan katerinin türk balıqçı gəmisinə hücum anı – Video

Yunan katerinin türk balıqçı gəmisinə hücum anı – Video

Türkiyənin Çanaqqala vilayətinin sahillərində, Gökçeadanın Zürafə Qayalıqları yaxınlığında türk balıqçı gəmisi yunan katerinin hücumuna məruz qalıb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstan kateri İlker Özdəmir adlı Türkiyə vətəndaşına məxsus 12 metrlik “Qızıl Alma” adlı qayığa sürətlə çırpılaraq ona ciddi zərər verib.

Hadisə zamanı Özdəmir və oğlu Efe Özdəmir də xəsarət alıb.

Əraziyə Türkiyə Sahil Təhlükəsizlik Komandanlığının 3 kateri gəlib və yaralıları oradan təxliyə edib.

Teqlər: