Yunan ekspert: Türkiyə bu halda NATO-dan çıxa bilər

Yunan ekspert: Türkiyə bu halda NATO-dan çıxa bilər

Türkiyə atdığı addımlarla NATO daxilində sərbəstlik əldə etmək və ABŞ qarşısında mövqeyini gücləndirmək üçün hər şey edir.

AzerTimes xəbər verir ki, bu sözləri yunan ekspert Aleksandros Despotopoulos deyib.

“Bu gün Türkiyənin NATO-dan ayrılmaq mərhələsində olmadığını düşünürəm. Alyans daxilində sərbəstlik əldə etmək istəyir və bununla bağlı danışıqlar aparır. Başqa sözlə, amerikalılara münasibətdə özünü əmin hiss etmək, Rusiya ilə xüsusi əlaqələri qorumaq, Afrika, Yaxın Şərq və digər bölgələrdə daha müstəqil mövqeyə sahib olmaq üçün hər şeyi edir”, – deyə o bildirib.

Ekspert bildirib ki, Ankara Qərbin vəd etdiyini almayacağı təqdirdə, NATO-dan çıxması ehtimalı ola bilər:

“Güclü Çin-Rusiya ittifaqı yaranacağı, NATO-dan istədiyini almayacağı təqdirdə, Türkiyə NATO-dan çıxma kartını oynaya bilər”.

Teqlər: