Yunan diplomat Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Yunanıstanın Ankaradakı səfirliyinin müşaviri Türkiyə Xarici
İşlər Nazirliyinə çağırılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə XİN-in mətbuat xidmətindən
bildiriblər.

Məlumata əsasən, səfirliyin müşavirinə Egey dənizində Yunanıstan
sahil mühafizəsinin Türkiyənin balıqçı gəmilərini atəşə tutması və
nəticədə bir balıqçının yaralanmalı ilə bağlı nota verilib.