Yumurta 10 faiz bahalaşıb

Yumurta 10 faiz bahalaşıb

Cari ilin 5 ayında ölkədə 739,8 milyon ədəd yumurta istehsal edilib.

Yumurta istehsalı 6,5 faiz artıb.

Dövlət Statistika Komitəsinin rəqəmləri göstərir ki, yumurtanın qiyməti aprel ayı ilə müqayisədə 1,5 faiz ucuzlaşıb. Əvəzində 2016-cı ilin may ayı ilə müqayisədə 10,6 faiz bahalaşıb.

Qeyd edək ki, hazırda broyler şirkətlərinə məxsus yumurta 14 qəpik, kənd yumurtası isə 20-25 qəpik təşkil edir.