Yumşalmalar qiymət artımına səbəb olacaq? – AÇIQLAMA

Azərbaycanda karantin qaydalarının yumşaldılması,bəzqadağaların
aradan götürülməsi ictimai iaşə və xidmət sektorunda qiymət
artımlarına səbəb olmayacaq.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, yumşalmalar əsasən ictimai iaşə və eləcə də
xidmət sektorunda fəallığın artmasına gətirib çıxaracaq və eyni
zamanda bu sahədə dövriyyənin çoxalmasına səbəb olacaq.

“Bu yumşalmalar eyni zamanda turizm sektoruna müsbət təsir
göstərəcək. Bu baxımdan gözlənilir ki, yumşalmalardan sonra daxili
turizmdə artımlar olacaq. Lakin yumşalmalar ictimai iaşə və eləcə
də xidmət sektorunda qiymətlərə elə də ciddi təsir göstərmir, çünki
bu gün qiymətlərə xarici bazarlardakı qiymət artımları təsir edir”,
– deyə deputat bildirib.

O əlavə edib ki,məhdudiyyətlərin yumşaldılması həmçinin
məşğulluğun artmasına imkan yaradacaq. “Həm yeni iş yerləri
açılacaq, həm də əvvəllər məhdudiyyətlər səbəbindən başlanan iş
yerləri yenidən açlılacaq”, – deyə V.Bayramov əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah
tərəfindən qəbul edilən qərara əsasən, 2022-ci il martın 6-dan
etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində
qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də
mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas
mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi
tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə;ictimai
iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj
xidmətlərinin göstərilməsinə, sərnişinləri qarşılayan və yola salan
şəxslərin hava limanının terminalına girişinə icazə verilib.

Teqlər: