Yuliya Timoşenko axtarışa verildi

Yuliya Timoşenko axtarışa verildi

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko cinayət işi üzrə axtarışa verilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında deyilir.

“Yuliya Vladimirovna Timoşenko Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, – məlumat bazasında deyilir.

Axtarışın hansı maddə ilə aparıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub. O, “Batkivşina” fraksiyasının lideridir. Həmçinin MDB məkanında ilk qadın baş nazirdir.

Teqlər: