Martın 4-də “Yüksəliş” müsabiqəsinin qalibləri
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV)
nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında nitq
mədəniyyəti dərsi ilə tanış olublar.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin
məlumatına görə, AzTV-nin sədr müavini, diktor, Azərbaycanın
Əməkdar artisti Rafiq Həşimov müsabiqə qaliblərinə nitqdə
intonasiya, pauza və məntiqi vurğunun gözlənilməsinin önəmindən
danışıb.
Müsabiqə qalibləri növbəti həftədən nitq mədəniyyətindən keçilən
dərslərdə iştirak edəcəklər. Dərslər Rafiq Həşimov tərəfindən
tədris ediləcək.