“Yüksəliş” müsabiqəsinin qalibi ilə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”nin rəhbərliyi arasında görüş keçirilib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyevanın mentorluq etdiyi “Yüksəliş”
müsabiqəsinin qalibi Ləman Qafarzadə ilə “Azərbaycan Gözdən Əlillər
Cəmiyyəti” İctimai Birliyinin (AGƏC İB) rəhbərliyi arasında
əlilliyi olan şəxslərin hüquqlarına dair layihə çərçivəsində görüş
keçirilib.

Görüşdə əlilliyi olan şəxslərin BMT-nin “Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Konvensiyasında, ölkəmizin tərəfdar çıxdığı
digər beynəlxalq müqavilələrdə, habelə milli qanunvericilik
aktlarında təsbit olunmuş hüquq və azadlıqlarının təmini
istiqamətində görülən işlər müzakirə edilib. Qalibin AGƏC Brayl
Nəşrləri İnformasiya Resurs Mərkəzində vəsait hazırlaması ilə bağlı
təklifi müsbət qarşılanıb.

Müvəkkilin təşəbbüsü ilə təşkil olunan görüşdə Ombudsman
Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib
Mahmudov, AGƏC İB-nin sədri Səmyar Abdullayev, sədr müavini Reyhan
Cəfərova da iştirak edib və qarşılıqlı fikir mübadiləsi
aparılıb.

Teqlər: