Yüksəl Xoşun təklifi: “Quruluş Səfəvi” çəkilə bilər?

Yüksəl Xoşun təklifi: “Quruluş Səfəvi” çəkilə bilər?

Farslar Səfəvidən danışarkən daima tarixi təhrif edərək onu fars mənşəli hökmdarlar tərəfindən idarə olunan dövlət kimi qələmə verir. Türkiyəli alim Yüksəl Xoş yazır ki, “Quruluş Səfəvi” adlı film çəkilməli və türk dövlətinin tarixi keçmişi nümayiş etdirilməlidir. Həm Azərbaycan, həm də türk aktyorlarının iştirakı ilə bütün fars dünyasına mesaj ötürülməlidir”.

Azərbaycanda belə layihənin həyata keçirilməsi nə dərəcədə realdır?

Mədəniyyət Nazirliyindən AzerTimes-a bildirilib ki, bu barədə nazirlik tərəfindən rəsmi bir qərar və mövqe yoxdur:

“Hər hansı plan və təşəbbüs irəli sürüldüyü təqdirdə ictimaiyyətə bununla bağlı məlumat verilə bilər”.

Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, rejissor Tahir Tahiroviç isə deyib ki, Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası, Kinematoqrafçılar İttifaqı ilə bərabər, həm də özəl kino şirkətləri var:

“Xüsusən də dediyimiz serial mövzusudursa, bu, televiziyaların problemidir. Hazırda Azərbaycanda televiziya şirkətləri çox kasıbdır. Ona görə də onlardan irihəcmli mövzularda layihələr gözləmək düzgün deyil. Televiziyalar varlı olmalıdır. Çox təəssüf ki, Azərbaycanda belə deyil.

Mədəniyyət Nazirliyi və telekanalların birgə belə layihələr hazırlaması təbii ki, təqdirəlayiq olar. Amma yaxın zamanda bunun baş tutacağına inanmıram”.

Teqlər: