Moskvada “Tayota Lənd Kruzer” (Toyota Land Cruiser) markalı avtomobil partlayıb, qadın və kişi yaralanıb.
AzerTimes xəbər verir ki, TASS sözügedən avtomobilin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşova məxsus olduğunu bildirib.
Bildirilib ki, hadisə zamanı onun həyat yoldaşı da maşında olub.
Moskvada təxribat nəticəsində Torqaşov yaralanıb.
O, partlayış nəticəsində ayağının bir hissəsini itirib.